İnsanlara hürriyət, millətlərə istiqlal!

85 il sonra üzə çıxdı: Gölün dibində bütöv avtomobil karvanı - FOTO

Rusiyanın şimal-qərbində, Sankt-Peterburq yaxınlığında yerləşən Ladoqa gölünün dibində İkinci Dünya müharibəsi illərindən qalan bir neçə yük və minik avtomobili aşkarlanıb.

Musavat.com xəbər verir ki, “Divo” sualtı klubunun üzvləri, Rusiya DOSAAF-ı və “Dəniz geodeziyası” şirkətinin birgə ekspedisiyası zamanı avtomobillər təxminən 35 metr dərinlikdə tapılıb.

İlkin məlumatlara görə, maşınlar 1941-ci ilin payızında batıb. Gölün dibində avtomobillər bir-birinin ardınca düzülmüş vəziyyətdədir. Mənzərə sanki bütöv bir avtomobil karvanının yolun ortasında dayanmasını xatırladır. Lakin bu “dayanacaq” artıq 85 ilə yaxındır davam edir.

Aşkarlanan avtomobillər arasında iki QAZ-AA yük maşını, ZİS-101 minik avtomobili və Amerikanın “Graham” markasına aid bir neçə avtomobil var.

Ekspedisiya iştirakçıları tapıntıların hansı şəraitdə gölün dibinə batdığını araşdırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR