İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - VİDEO

Gürcüstanlı turist qadının Ağdam səfəri zamanı lentə aldığı görüntülər sosial şəbəkələrdə maraq doğurub.

Turist paylaşdığı videoda artıq ikinci ildir Ağdamda minatəmizləmə işlərində iştirak edən azərbaycanlı Xanım Alışovanı izləyicilərinə təqdim edib.

O, Xanım Alışovanı "qəhrəman" adlandıraraq onun xüsusi təlim keçmiş iti ilə birlikdə ərazilərin minalardan təmizlənməsində iştirak etdiyini və bu yolla xalqına xidmət etdiyini vurğulayıb.

Xanım Alışovanın mina axtarışı zamanı ona Molly adlı xüsusi təlim keçmiş itin kömək etdiyi bildirilib.

Görüntüləri izləyənlər də Xanım Alışovanın fəaliyyətini yüksək qiymətləndiriblər. "Allah xətadan-bəladan qorusun, həqiqətən qürur hissi duydum", - deyə paylaşımda qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR