Onlayn ictimai-siyasi qəzet
Krımda tanışlıq saytı vasitəsilə Ukrayna kəşfiyyatına cəlb edildiyi bildirilən üç Rusiya vətəndaşı saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, 1988, 1994 və 1995-ci il təvəllüdlü üç kişi tanışlıq saytında özünü müxtəlif saxta adlarla təqdim edən Marina Kuçerak adlı qadınla yazışmağa başlayıb.
Rusiya tərəfinin məlumatına əsasən, Kuçerak Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı olub. O, tanışlıq saytında özünü Ukraynaya getməyə məcbur qalmış Krım sakini kimi təqdim edib.
Bildirilir ki, kişilər Ukrayna tərəfinə hərbi obyektlərin və neft bazalarının koordinatlarını ötürüblər.
Onların barəsində Rusiya Cinayət Məcəlləsinin 275-ci – dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb. Hər üç şəxs həbs edilib.
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ