Onlayn ictimai-siyasi qəzet
Rusiyanın İrkutsk vilayətində həm gülməli, həm də qorxulu hadisə baş verib.
Musavat.com xəbər verir ki, Ust-İlimsk şəhərində bağ evlərindən birinin həyətinə girən ayı qapıya yaxınlaşıb. Arxa ayaqları üzərinə qalxan ayı bir neçə dəfə israrla qapının zəngini basıb.
Ancaq evdən heç kimin çıxmadığını görən ayı bir müddət sonra ərazidən uzaqlaşıb.
Kadrlarda ayının sanki ev sahibinin qapını açmasını gözləməsi diqqət çəkib.
Hadisədən sonra yerli hakimiyyət orqanları Ust-İlimskdə yüksək hazırlıq rejiminə keçildiyini açıqlayıb. Sakinlərə vəhşi heyvanlarla qarşılaşarkən ehtiyatlı olmaları tövsiyə edilib.
Musavat.com
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ