İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda QİYAM əhvalı?

Nikol Paşinyanın hüquq-mühafizə sistemində apardığı siyasət artıq həmin strukturların daxilində ciddi narazılıq yaradıb. Rusiyaya yaxın erməni mənbələri yazır ki, baş nazirin son günlər ard-arda verdiyi sərt mesajlar və kütləvi işdən çıxarılma hədələri isə hakimiyyət daxilində vəziyyətin əvvəlkindən daha gərgin olduğunu göstərir.

Rusiyaya yaxın erməni mənbələrinin yaydığı məlumatlara görə, hüquq-mühafizə orqanlarında Paşinyanın siyasətindən narazılıq artır. Söhbət xüsusilə keçmiş hakimiyyət nümayəndələri və onların ailələrinə qarşı keçirilən əməliyyatlarla bağlı narahatlıqdan gedir. Həmin mənbələrdə bildirilir ki, bəzi əməkdaşlar gələcəkdə dəyişə biləcək siyasi vəziyyət fonunda qanunsuz göstərişlərin icraçısı kimi görünmək istəmirlər.
Paşinyanın göstərişlərinin icrası ilə bağlı müqavimət olduğu Ermənistan hakimiyyətinin davranışındakı dəyişiklik də təsdiqləyir. Belə ki, Paşinyan getdikcə daha çox hüquq-mühafizə əməkdaşlarını açıq şəkildə hədələməyə başlayıb. Əgər əvvəllər baş nazirin əsas problemi siyasi rəqiblərinin müqaviməti idisə, indi onun üçün daha təhlükəli ssenari sistemin daxilində itaətsizliyin yaranmasıdır. Əgər sistem daxilindəki narazılıq həqiqətən dərinləşirsə, bu, Ermənistan baş naziri üçün müxalifətin küçə aksiyasından daha ciddi təhlükəyə çevrilə bilər.

Züriyə Qarayeva: "Misirdəki sammitdə Azərbaycanın rolu önəmlidir" -  MÜSAHİBƏ / VİDEO https://ednews.net/az/news/expert-opinion/699172-zuriye- qarayeva-misirdeki-sammitde-azerbaycanin

Politoloq Züriyə Qarayeva Musavat.com-a şərhində  Ermənistanda gedən prosesləri "təmizləmə" adlandırır. Onun sözlərinə görə, bu tədbirlər Qərbin ciddi siyasi dəstəyi və himayəsi altında həyata keçirilir: "Paşinyan özbaşına və kortəbii siyasət yürütmür. Onun addımları sonrakı mərhələyə hesablanıb. Əlbəttə, verilən qərarlardan və aparılan həbslərdən narazı qalanlar olacaq. Onlar iqtidarı anti-milli siyasət yürütməkdə ittiham edirlər. Həmin narazı qüvvələrə görə, Paşinyanın ən böyük səhvi Rusiya ilə köklü, tarixi və ənənəvi əlaqələri pozmaqdır. Yəni bütün hadisələr bu səbəbdən baş verib. Son hərəkətlər də Rusiya ilə münasibətlərin nəticəsidir. Ancaq Paşinyan ölkəsinin gələcəyini Rusiyasız görür deyə bu dəyişiklikləri reallaşdırmaqda israrlıdır".

Züriyə Qarayeva hakimiyyət daxilində narazılığın dərəcəsini cüzi sayır: "Bu narazılıq orduya keçərsə risk ola bilər. Hələlik isə polis və digər orqanlarda ümumi narazılıqdan söhbət gedə bilər. Belə demək mümkündürsə, iqtidara sədaqət var. Bu da həm hakimiyyətin daxili siyasətdə alternativsiz olmasından irəli gəlir, həm də müəyyən iqtisadi inkişaf var. Sadəcə, Paşinyanın Rusiya ilə əlaqələri yaxşılaşdırmasını istəyirlər. Onlar hazırkı gərginlikdən narahatdırlar. Çünki Rusiya Ermənistanı sıxışdırmaq gücünə malikdir. Ermənilər gələcəkdə cəzalandırılmaqdan qorxurlar. Bi8r sözlə, özünü Rusiyadan ayrı təsəvvür etməyən ermənilər çoxdur".

Emil Salamoğlu
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR