İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Bab əl-Məndəb boğazında NƏZARƏT İTİRİLDİ - Husilər strateji adaları ƏLƏ KEÇİRDİ

Yəmən husiləri ölkənin qərb sahillərində qalan əraziləri, o cümlədən Bab əl-Məndəb boğazındakı Böyük və Kiçik Haniş adalarını ələ keçiriblər.

Musavat.com xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Məlumata görə, qiyamçılar əvvəlcə Moka şəhərini nəzarətə götürüblər, daha sonra isə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumət qüvvələrinin əlində olan son sahil zolağını da tutublar.

Bununla da İran tərəfindən dəstəklənən husilər ölkənin bütün qərb sahili üzərində nəzarəti təmin ediblər. Yəmən hökumət qüvvələrinin nümayəndəsi AFP-yə bildirib ki, "qərb sahilində nəzarətimizdə olan hər şey süqut etdi".

İranın ali liderinin müşaviri Məhəmməd Mohber husiləri bu "parlaq qələbə" münasibətilə təbrik edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR