Onlayn ictimai-siyasi qəzet
Qırğızıstan prezidentinin göstərişi ilə som əskinaslarının buraxılışına başlanıb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ilk partiya 20 və 50 somluq əskinaslardan ibarət olub.
Yerli istehsala başlamazdan əvvəl ölkənin milli valyutası 30 ildən artıqdır ki, yalnız xaricdə çap olunurdu. İlk əskinasların buraxılışı Qırğızıstanın müstəqilliyinin 35-ci ildönümünə təsadüf edib.
Milli Bank qeyd edib ki, Qırğızıstan Respublikası prezidentinin göstərişlərinə əsasən, ölkənin Milli Bankı milli valyutanın ölkə daxilində istehsalını təmin etmək üçün ardıcıl və sistemli şəkildə çalışır.
Tənzimləyici orqan istehsalın başlanmasını ölkə üçün mühüm mərhələ adlandırıb.
Milli Bank bildirib ki, bu, Qırğızıstan Respublikasının iqtisadi müstəqilliyinin və dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində daha bir vacib addımdır.
Qeyd edək ki, bir sıra postsovet ölkəsi, o cümlədən Azərbaycan öz milli valyutasını inkişaf etmiş Avropa ölkələrindən çap etdirirlər. Bunun valyutanın möhkəmliyi və təhlükəsizliyi baxımından daha əlverişli olduğu qeyd olunur.
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ