Onlayn ictimai-siyasi qəzet
Sosial mediada “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı, fenomen Çağla Öz də gözaltına alınıb.
Musavat.com xəbər verir ki, Tançalan ötən həftə keçirilən toyunda həyat yoldaşı Çağla Özə taxdığı yüksək məbləğdə qızıl, pul və digər zinət əşyaları ilə gündəmə gəlmişdi.
Bundan sonra Tançalan barəsində “Türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, dövlətin qurum və orqanlarını aşağılama” ittihamı ilə araşdırma başladılıb. Daha sonra o, “cinayətdən əldə edilən əmlak dəyərlərini yuma” ittihamı ilə həbs edilib.
İstintaq çərçivəsində Çağla Özün də gözaltına alındığı bildirilib. Fenomen qadın həyat yoldaşının gözaltına alınmasından sonra sosial media hesablarını bağlamışdı.
Van Cumhuriyet Başsavcılığı cütlüyün mal varlığı ilə bağlı Mali Suçları Araşdırma Kurulundan (MASAK) araşdırma tələb edib. Onların dəbdəbəli həyat tərzi, sosial media paylaşımları, eləcə də toyda nümayiş etdirilən yüksək miqdarda qızıl, xarici valyuta və nağd pulun mənbəyi araşdırılır.
Qeyd edək ki, Mehmet Fatih Tançalan hakim qarşısında verdiyi ifadəsində sosial mediada polis əməkdaşlarının yanına gedərkən çəkilən görüntülərlə bağlı açıqlama verib. O, polislərə təşəkkür etmək üçün onların yanına getdiyini, emniyyət əməkdaşlarını təhqir etmək və ya qurumu alçaltmaq məqsədinin olmadığını bildirib.
Tançalan toyda taxılan qızıllarla bağlı isə onların tanıdığı bir zərgərdən kirayə götürüldüyünü deyib. O, toyun ardından qızılları zərgərə qaytardıqlarını bildirib./Axşam.az
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ