İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı məhkəməyə verdi - Üzr videosu tələb edir

“Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyanı məhkəməyə verib.

Bu barədə yerli “Dataleks” nəşri məlumat yayıb.

Məhkəmə iddiasının əsasını Baş nazirin seçkiqabağı kampaniya zamanı Karapetyanın ünvanına səsləndirdiyi fikirlər təşkil edib. Belə ki, milyarder məhkəmədən Paşinyanı 29 mayda səsləndirdiyi təhqirə görə ondan videoformatda üzr istəməyə məcbur etməyi xahiş edib.

Karapetyan həmçinin təhqirə görə kompensasiya olaraq Paşinyandan 3 milyon dram, dövlət rüsumu və vəkil xərclərinin tutulmasını tələb edib.

İddia ərizəsi sentyabrın 9-da məhkəməyə daxil olub./qafqazinfo.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR