İnsanlara hürriyət, millətlərə istiqlal!

Renat Dadaşov Ukrayna klubuna transfer olundu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov karyerasını Ukraynada davam etdirəcək.

Musavat.com xəbər verir ki, 27 yaşlı futbolçu "Bukovina" klubuna transfer olunub.

Ukrayna təmsilçisi Dadaşovun keçidini rəsmən açıqlayıb. Tərəflər arasında "1+1" illik müqavilə imzalanıb. Azərbaycan millisinin üzvü yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək.

Renat Dadaşov daha əvvəl Portuqaliyanın "Eştoril", "Pasuş de Ferreyra" və "Tondela", İsveçrənin "Qrasşhopper", İngiltərənin "Vulverhempton", Türkiyənin "Hatayspor" və "Ankaragücü" klublarında oynayıb.

Hücumçu 2025/2026 mövsümünü Polşanın "Motor" klubunda keçirib.

Almaniyanın U-16 və U-17 yığmalarında da çıxış edən Dadaşov 2017-ci ildən Azərbaycan millisinin formasını geyinir. O, milli komandada keçirdiyi 45 matçda 7 dəfə fərqlənib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR