İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehmet Ali Erbil infarkt keçirib? - Şoumenlə bağlı AÇIQLAMA

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbilin səhhəti ilə bağlı sosial mediada və bəzi xəbər saytlarında müxtəlif iddialar yayılıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, 69 yaşlı Erbilin evində olduğu zaman qəfil halının pisləşdiyi və xəstəxanaya aparıldığı bildirilib. Bəzi mənbələr onun ürək tutması keçirdiyini və ürək damarına stent qoyulduğunu yazıb.

Lakin məsələ ilə bağlı yayılan məlumatların ardınca Erbilin səhhəti ilə bağlı açıqlama verilib. Bildirilib ki, onun vəziyyəti çox yaxşıdır, səhhəti yerindədir. Belə bir hal baş verməyib.

Bacısı, professor doktor Yeşim Erbil də video paylaşaraq açıqlama verib: “Mən də qardaşımla bağlı xəbərləri sosial mediada gördüm. Belə bir şey yoxdur, yalan xəbərdir. Biz bir ailəyik, belə böyük bir hadisə baş versəydi, hamımızın bundan xəbəri olardı”.

Qeyd edək ki, Mehmet Ali Erbil uzun illərdir müxtəlif səhhət problemləri ilə mübarizə aparır. O, xüsusilə 2018-ci ildə keçirdiyi ağır qəzadan sonra müalicə aldığı dövrdə ciddi sağlamlıq problemləri yaşamışdı.


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR