Onlayn ictimai-siyasi qəzet
Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.
Musavat.com APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.
Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Davud Aydın oğlu Məmmədovu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.
Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.
Faktla bağlı araşdırma aparılır.
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ