İnsanlara hürriyət, millətlərə istiqlal!

Oksana artıq çəkidən şikayətləndi

Aktrisa Oksana Rəsulova artıq çəkidən şikayətlənib.

Musavat.com xəbər verir ki, aktrisa çəkisinin 60 kiloqrama çatdığını bildirib. O, uzun müddətdir pəhriz saxlamasına və çəkisinə nəzarət etməyə çalışmasına baxmayaraq, istədiyi nəticəni əldə edə bilmədiyini deyib.

Oksana Rəsulova bildirib ki, artıq çəkidən xilas olmaq üçün bu dəfə məsələyə daha ciddi yanaşmağa qərar verib. Aktrisa bununla bağlı müxtəlif analizlər verdiyini və nəticələrə uyğun olaraq düzgün istiqamət seçməyə çalışdığını qeyd edib.

Sənətçi hazırkı çəkisinin 60 kiloqram olduğunu açıqlayaraq, qarşısına konkret hədəf qoyduğunu da bildirib. Onun sözlərinə görə, məqsədi çəkisini 52 kiloqrama qədər azaltmaqdır.

“İndi analizlər verib, düzgün istiqamət seçdim. 60 kiloqramam. Hədəfim 52 kiloqrama düşməkdir”, – deyə Oksana Rəsulova qeyd edib.


Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR