İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda dəhşətli anlar: Özünü maşının qaşısına atdı, son anda... - VİDEO

Sosial şəbəkələrdə avtomobilin kamerasına qeyd olunan və geniş müzakirələrə səbəb olan video yayılıb.

Nəqliyyatın sıx hərəkət etdiyi prospektlərin birində hərəkət edən sürücünün qarşısına heç bir təhlükəsizlik qaydasına əməl etmədən, qəfil "kamikadze" kimi yola atılan piyada çıxıb.

Sürücü son anda tormozlasa da, yaşanan bu təhlükəli anlardə böyük stress keçirib.

O, videoda piyadaların bu cür məsuliyyətsizliyinin həm onların öz həyatını, həm də günahsız sürücülərin taleyini təhlükəyə atdığını bildirərək üsyan edib.

İzləyicilər tərəfindən də birmənalı qarşılanmayan videoda sosial şəbəkə istifadəçiləri keçidlərin yaxınlığında qaydaları pozan piyadaların məsuliyyətə cəlb olunmalı olduğunu vurğulayıblar.

Görüntüləri təqdim edirik./nocomment.az/

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR