İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda məhkəmə davası: Karapetyan Nikol Paşinyandan 8 min dollar tələb edir

"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.

Musavat.com xəbər verir ki, "Datalex" məhkəmə-hüquq sisteminin məlumatına görə, Karapetyan Paşinyanın bu il mayın 29-da səsləndirdiyi və şərəf-ləyaqətini təhqir edən bəyanatlarına görə kompensasiya və rəsmi üzr istənilməsini tələb edir.

İddia ərizəsinə əsasən, Karapetyan Paşinyandan 3 milyon dram (təxminən 8200 ABŞ dolları) məbləğində təzminat tələb edir. Bununla yanaşı, Ermənistanın Baş naziri "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində canlı efirə çıxaraq, heç bir əlavə və ya şərh vermədən müəyyən edilmiş üzrxahlıq mətnini açıq şəkildə oxumaq öhdəliyi daşıyır. Məhkəmə iddiası sentyabrın 9-da İrəvan Mülki Məhkəməsinə daxil olub.

Xatırladaq ki, bundan əvvəl Nikol Paşinyan da Samvel Karapetyana qarşı iki məhkəmə iddiası qaldırmışdı. Onlardan biri Karapetyanın "hallyusinogen göbələklər" haqqında bəyanatına, digəri isə Baş nazirin Kanadada mülkünün olması ilə bağlı iddiasına görə idi. İkinci iddia üzrə Paşinyan təkzib verilməsini və 6 milyon dram (təxminən 16 500 dollar) məbləğində kompensasiya ödənilməsini tələb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR