İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran sanksiyalardan belə yayınır: "Neft əvəzinə ərzaq və avtomobil" sxemi İFŞA OLUNDU

İran Qərbin ağır sanksiyalarından yan keçmək üçün Çin malları müqabilində neft tədarükünü nəzərdə tutan barter sistemindən fəal istifadə edir.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Mövcud məlumatlara görə, son bir il ərzində Tehran tərəfindən yaradılmış xüsusi əməliyyat strukturu vasitəsilə təxminən 2-2,5 milyard dollar dəyərində ticarət dövriyyəsi həyata keçirilib.

Bu mexanizm çərçivəsində İran Çinə neft göndərərək əvəzində dərman preparatları, avtomobillər, rabitə vasitələri və hətta müəyyən növ hərbi təchizat mallarının ölkəyə idxalını maliyyələşdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR