İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Mahaçqalanı vurdu: Teatrda yanğın başladı, Kiyev, Sumı və Nikolayev BOMBALANDI – TV Musavat

Mahaçqala şəhərində Ukrayna PUA-larının hücumundan sonra liman ərazisində yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Dağıstan rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şçukin məlumat yayıb.

O bildirib ki, PUA qalıqlarının düşməsi nəticəsində Avar Musiqili-Dram Teatrında da yanğın qeydə alınıb.

Təhlükəsizlik məqsədilə Mahaçqala hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Rusiyanın Sumı şəhərindəki ticarət-əyləncə mərkəzinə endirdiyi zərbə nəticəsində təsdiqlənmiş məlumata görə, 3 nəfər həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.

Onun sözlərinə görə, 2 nəfər yaralanıb.

Xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir. Hadisə yerində zərbənin fəsadlarının aradan qaldırılması və xilasetmə əməliyyatı davam edir.

Qriqorov təkrar zərbələrin endirilməsi təhlükəsinin olduğunu bildirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, bir pilotsuz uçuş aparatı Ukrayna paytaxtının Dnepr rayonundakı 9 mərtəbəli yaşayış binasına dəyib, nəticədə yanğın başlayıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib ki, Kiyevə gün ərzində həyata keçirilən növbəti dron hücumu nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.
"Kiyevin Dnepr rayonundakı doqquzmərtəbəli binaya hücum nəticəsində bir qadın həlak olub, daha 5 nəfər xəsarət alıb. Aralarında 2 uşaq olmaqla, 4 nəfəri xilas etmək mümkün olub", - deyə xilasedicilər dəqiqləşdiriblər.

Nikolayevə edilən hücum nəticəsində isə bir nəfər həlak olub, daha beş nəfər yaralanıb. Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DFHX) məlumat yayıb.
Xilasedicilər bildiriblər ki, şəhərdə yaşayış binaları, kafe, mağazalar və anbar binaları zədələnib, ərazilərin birində böyük yanğın baş verib.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR