İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyor ikinci dəfə ata oldu

Türkiyəli aktyor Burak Çelikdən sevindirici xəbər gəlib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor 2024-cü ildə menecer Ece Bayrakla Monteneqroda ailə qurub. Cütlüyün 2025-ci ilin avqustunda Kaan Aslan adlı oğlu dünyaya gəlib.

İndi isə ailənin ikinci övladı doğulub. Ece Çelik sentyabrın 9-da İstanbulun Bakırköy rayonundakı özəl xəstəxanaların birində qız övladı dünyaya gətirib.

Təxminən 3 kiloqram çəkidə doğulan körpəyə Zeynep İlay adı verilib. Ana və körpənin səhhətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Ece Çelikin ilk evliliyindən Ecem adlı qızı da var. 

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR