Onlayn ictimai-siyasi qəzet
Donald Tramp administrasiyası immiqrant vizası müraciətlərinin emalını bərpa edib, lakin yalnız iki ölkədən - Macarıstan və Polşadan müraciətləri qəbul edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu iki ölkədən immiqrant vizalarına üstünlük verilməsi əmri Ağ Evdən gəlib. Digər ölkələr üçün immiqrant vizası müsahibələrinin müvəqqəti dayandırılması qüvvədədir.
ABŞ-nin Macarıstan və Polşanı niyə seçdiyi hələlik məlum deyil. Məlumata görə, Tramp və onun müşavirləri hər iki ölkənin hökumətlərində sağçı qüvvələrlə sıx əlaqələr qurublar. Xüsusilə, Tramp Macarıstanın keçmiş baş naziri Viktor Orbanı, eləcə də Polşa prezidenti Karol Navrotskini açıq şəkildə dəstəkləyib.
2026-cı ilin əvvəlində ABŞ Dövlət Departamentinin 75 ölkənin vətəndaşları üçün immiqrant vizası müraciətlərinin emalını dayandırmaq qərarına gəldiyi məlum olub. Departament konsullara ABŞ-da sosial müavinət almağa çalışan insanlara viza verməməyi tövsiyə edib. Dövlət Departamentinin bu qərarından məhkəməyə şikayət verildi. Avqust ayında Nyu-York ştatındakı federal məhkəmə bunu qanunsuz hesab sayıb və qərarı ləğv edib. Lakin ayın sonunda Tramp administrasiyası konsulluq işçiləri üçün "qabaqcıl təlim" keçirmək məqsədilə immiqrant vizası müraciətlərinin işlənməsini yenidən dayandırıb.
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ