Onlayn ictimai-siyasi qəzet
Ermənistanda Yandex Go tətbiqində yeni xidmət istifadəyə verilib.
Musavat.com xəbər verir ki, artıq premium Ultima bölməsində “Sky Tour” tarifi ilə hava şarında uçuş sifariş etmək mümkündür. Uçuşlar Qarni və ətrafında Yandex-in tərəfdaşı SkyBall tərəfindən həyata keçirilir. Hava şarı səhər saatlarında və əlverişli hava şəraitində 1000 metrədək yüksələcək, səbətə maksimum 10 sərnişin götürüləcək. Sifariş ən azı 24 saat əvvəl verilməlidir.
Yeniliyi təqdim edən Yandex Ermənistan rəhbəri Aram Mxitaryanın keçmiş fəaliyyətindəki Qarabağ bağlantısı isə diqqət çəkir.
Mxitaryan Ermənistanın İT sektorunda uzun müddət fəaliyyət göstərib. O, Helix Consulting şirkətinin qurucusu və rəhbəri olub.

Açıq mənbələrdə qalan rəqəmsal izlər Helix Consulting-in Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində yaradılmış separatçı qurumun internet-informasiya infrastrukturu ilə bağlantısını göstərir.
Qondarma “Artsax”ın gov.nkr.am domenində fəaliyyət göstərmiş “hökumət” portalının müxtəlif səhifələrində “LLC, Helix Consulting” adı qeyd olunub. Bunların sırasında separatçı rejimin “Polis”, “Milli Təhlükəsizlik Xidməti” və “Fövqəladə Hallar Dövlət Xidməti” kimi təqdim etdiyi strukturların səhifələri də olub.
Diqqətçəkən məqamlardan biri 25 oktyabr 2020-ci il tarixi ilə bağlıdır. Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində torpaqlarımızı işğaldan azad etdiyi həmin dövrdə separatçı qurumun “Polis” və “Fövqəladə Hallar Dövlət Xidməti” ilə bağlı gov.nkr.am səhifələri açıq mənbələrdə əlçatan resurs kimi qeydə alınıb və mənbə məlumatlarında Helix Consulting-in adı göstərilib.
Bu rəqəmsal izlər Aram Mxitaryanın qurduğu şirkətin əlaqəli olduğu separatçı administrasiyanın internet resurslarının 44 günlük müharibə dövründə də işlək olduğunu göstərir.
Helix Consulting-in adı separatçı qurumun təhlükəsizlik strukturunun gov.nkr.am səhifəsi ilə bağlı mənbələrdə də birbaşa keçir.
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ