İnsanlara hürriyət, millətlərə istiqlal!

Dolların sonu yaxınlaşır? - İki nəhəng dövlətdən kritik həmlə

ABŞ dollarının dünya valyuta ehtiyatlarındakı payı son 10 ildə azalıb.

Musavat.com xəbər verir ki, Nyu-York Federal Ehtiyat Bankının (New York Fed) araşdırmasına əsasən, dolların dünya valyuta ehtiyatlarındakı payı 10 il əvvəlki 64 faizdən 2025-ci ildə təxminən 56 faizə düşüb.

Bununla belə, maliyyəçilər bunun ölkələrin ABŞ valyutasından genişmiqyaslı şəkildə imtina etməsi anlamına gəlmədiyini bildirirlər. Dollar ehtiyatlarını artıran və azaldan ölkələrin sayı təxminən eyni olub, azalmanın əsas hissəsi isə bir neçə böyük oyunçunun payına düşüb.

New York Fed-in məlumatına görə, 2015–2019-cu illərdə dollardan uzaqlaşmanın böyük hissəsi Rusiya və Çinin payına düşüb. 2019–2023-cü illərdə isə onlara Meksika və Mərakeş də qoşulub.

Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatına görə, 2026-cı ilin birinci rübündə dolların payı, əksinə, əvvəlki rübdəki 56,42 faizdən 57,13 faizə yüksəlib. Artımın təxminən yarısının ABŞ valyutasının məzənnəsinin möhkəmlənməsi ilə bağlı olduğu qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR