İnsanlara hürriyət, millətlərə istiqlal!

Saatın hesablanmasında tarixi qərar - 1972-ci ildən qalan sistem dəyişir

Dünyada vaxtın hesablanması sistemində tarixi dəyişiklik baş verə bilər.

Musavat.com xəbər verir ki, atom saatları əsasında hesablanan UTC vaxtının Yer kürəsinin fırlanması ilə əlaqəsinin aradan qaldırılması təklif olunur.

1972-ci ildən indiyədək atom vaxtı ilə Yerin fırlanmasına əsaslanan astronomik vaxt arasındakı fərqi kompensasiya etmək üçün UTC-yə ümumilikdə 27 əlavə saniyə daxil edilib. Lakin 2015-ci ildən etibarən Yerin fırlanmasının sürətlənməsi vəziyyəti dəyişib.

Mövcud tendensiya davam edərsə, tarixdə ilk dəfə UTC-dən bir saniyənin çıxarılması, yəni “mənfi əlavə saniyə” tətbiq edilməsi zərurəti yarana bilər. Bunun isə rabitə, naviqasiya və digər mühüm rəqəmsal sistemlərdə ciddi nasazlıqlara səbəb ola biləcəyindən ehtiyat edilir.

Buna görə Beynəlxalq Çəkilər və Ölçülər Bürosu əlavə saniyələrin tətbiqindən ümumiyyətlə imtina edilməsi məsələsini nəzərdən keçirəcək.

Qərar qəbul olunarsa, bu praktikanın 20 may 2027-ci ildən dayandırılması nəzərdə tutulur. Bundan sonra atom vaxtı ilə Yerin fırlanmasına əsaslanan vaxt tədricən bir-birindən uzaqlaşacaq. Lakin hesablamalara görə, aradakı fərqin bir saata çatması üçün ən azı 1000 il lazım olacaq.

Bildirilir ki, əksər ölkələr milli rabitə, naviqasiya və digər mühüm infrastrukturu mümkün texniki risklərdən qorumaq üçün bu dəyişikliyi dəstəkləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR