Onlayn ictimai-siyasi qəzet
Britaniyalı qadın içi ət, tərəvəz və digər ərzaqlarla doldurulmuş lavaş dürməyini cəmi 30,75 saniyəyə yeyərək Ginnesin Rekordlar Kitabına düşüb.
Musavat.com xəbər verir ki, Lia Şutkever küçə yeməyini ən sürətli yeyən şəxs kimi yeni dünya rekordu müəyyənləşdirib.
Onun lavaş dürməyini yarım dəqiqəyə bitirməsi sosial şəbəkələrdə də geniş müzakirə olunub. İstifadəçilər zarafatla yazıblar ki, rəhbərlərin təsəvvüründə işçinin ideal nahar fasiləsi məhz belədir: tez ye və dərhal işə qayıt.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ