İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Avropaya xəbərdarlıq

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya lideri Vladimir Putinin Avropanın Rusiyaya hücumu təqdirində müharibənin "tamamilə fərqli və çox qısa" olacağı barədə sözlərini yadda saxlamağı tövsiyə edib.

Musavat.com bu barədə TASS-a istinadən xəbər verir ki, nazir bu barədə "Birinci Kanal"ın "Böyük Oyun” verilişində bildirib.

”Rusiya prezidenti Vladimir Putin deyib və bunu dəfələrlə təkrarlayıb: “Bizim heç kimə hücum etmək niyyətimiz yoxdur. Bu, cəfəngiyyat və ağılsızlıqdır. Bu, dövlət səviyyəsində məntiqi düşüncə tərzinin tamamilə olmamasından xəbər verir. Lakin əgər bu söhbətlər sizin tərəfinizdən hücuma hazırlığı nəzərdə tutursa, sizi əmin edirəm ki, müharibə tamamilə fərqli və çox qısa olacaq”. Mən həmin sözləri yadda saxlamağı tövsiyə edərdim", — Lavrov deyib.

XİN rəhbəri həmçinin vurğulayıb ki, Rusiyanın Avropaya hücum etmək niyyəti yoxdur.

O, onu da qeyd edib ki, Moskva “Qərbin Arktikanı hərbiləşdirmək cəhdlərindən narahatdır". S.Lavrov xatırladıb ki, "bu yaxınlarda ABŞ, Norveç və digər ölkələr orada açıq şəkildə Rusiya Federasiyası ilə müharibəni nəzərdə tutan ssenari əsasında təlimlər keçiriblər".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR