İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə

Tiflisdə yeni tramvay xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı müqavilə imzalanıb.

Musavat.com xəbər verir ki, saziş Tiflis Nəqliyyat Şirkəti ilə Türkiyənin EYE konsorsiumu (Emre Ray + Yüksel + Erk) arasında bağlanıb.

Tiflis meri Kaxa Kaladzenin sözlərinə görə, layihənin icrası 4 il davam edəcək və üç mərhələdən ibarət olacaq: konsepsiyanın hazırlanması, ətraflı layihələndirmə və tikinti.

Yeni tramvay xəttinin uzunluğu 7,5 kilometr olacaq və marşrut boyunca 11 dayanacaq yaradılacaq. Xətt Didi Diğomi yaşayış massivini “Didube” metro stansiyası ilə birləşdirəcək.

Layihənin büdcəsi təxminən 110 milyon dollar, yəni 287,6 milyon lari təşkil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR