İnsanlara hürriyət, millətlərə istiqlal!

Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə

Türkiyə 2027–2029-cu illəri əhatə edən yeni ortamüddətli iqtisadi proqram çərçivəsində müdafiə xərclərini 229 faiz artırmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz açıqlayıb.

Əlavə maliyyələşdirmə ölkənin iri müdafiə layihələrinin həyata keçirilməsinə yönəldiləcək. Buraya beşinci nəsil KAAN döyüş təyyarəsinin seriyalı istehsalı, KIZILELMA pilotsuz döyüş təyyarələrinin tədarükü və ALTAY tanklarının istehsalı daxildir.

Türkiyə hakimiyyəti eyni zamanda öz texnologiyalarının hazırlanmasına və yüksək əlavə dəyərə malik məhsulların istehsalının genişləndirilməsinə üstünlük verməyi planlaşdırır.

Müdafiə xərclərində nəzərdə tutulan 229 faizlik artım yeddi strateji prioritet arasında ən yüksək göstəricidir. Müqayisə üçün, sosial mənzil proqramlarına ayrılan vəsaitin 150 faiz, geoloji kəşfiyyata 139 faiz, sənaye infrastrukturuna 54 faiz, dəmir yollarına 49 faiz, səhiyyəyə 43 faiz, ərzaq təhlükəsizliyinə isə 42 faiz artırılması nəzərdə tutulur.

Cevdət Yılmaz qərarı dünyada geosiyasi qeyri-sabitliyin artması, proseslərin proqnozlaşdırılmasının çətinləşməsi və risklərin tarixi yüksək səviyyəyə çatması ilə əlaqələndirib. Bu risklər sırasında ABŞ-İran müharibəsinin nəticələri də göstərilib.

Bu fonda Türkiyə hökuməti 2026-cı il üçün ÜDM-in artım proqnozunu 3,3 faizə endirib, inflyasiya proqnozunu isə 28,4 faizə yüksəldib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR