Onlayn ictimai-siyasi qəzet
Misli Premyer Liqasının V turunun "Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq.
Musavat.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
Qarşılaşmanın start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.
Bununla bağlı "Kəpəz" rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciətinə müsbət cavab verilib. Bir dəqiqəlik sükut zamanı həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.
Xatırladaq ki, matç sentyabrın 12-də keçiriləcək.
09 Sentyabr 2026
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ