Onlayn ictimai-siyasi qəzet
Ukrayna və Rusiya sentyabrın 8-nə keçən gecə raket və pilotsuz uçuş aparatları (PUA) ilə qarşılıqlı zərbə mübadiləsini davam etdirib.
Musavat.com-un məlumatına görə, Ukrayna və Rusiya liderlərinin aısamüddətli atəşkəs elan etməsindən sonra vəziyyət yenidən gərginləşib. Ukrayna mediası Kiyevə hücum nəticəsində ölənlərin və onlarla yaralıların olduğunu xəbər verib. Ukrayna paytaxtına 100-dən artıq PUA hücumu nəticəsində dağıntılar altında qalanların da olduğu ehtimal edilir. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına əsasən, Rusiya qoşunlarının Kiyevə kombinə edilmiş hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Rusiyanın Müdafiə Nazirliyi isə bəyan edib ki, ölkənin Silahlı Qüvvələri gecə saatlarında yüksək dəqiqlikli silahlar və PUA-larla Ukraynadakı hədəflərə kütləvi zərbə endirib. O sa bildirib ki, ötən gecə ərzində Ukraynaya məxsus 384 pilotsuz uçuş aparatı Rusiya hərbçiləri tərəfindən məhv edilib. Ukrayna PUA-larınln Saratova hücum nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilib.
Qeyd edək ki, gərginlik ABŞ prezidentinin xüsusi elçiləri Cared Kuşner və Stiv Uitkoff Modkva və Kiyevdə keçirilən görüşlərdən sonra yaşanıb. Kiydvdəki mətbuat konfransında Rusiya və Ukrayna rəhbərliyi ilə apardıqları danışıqların nəticələri barədə məlumat verərkən ABŞ təmsilçiləri hər üç tərəfin danışıqları konstruktiv adlandırdığını açıqlamışdılar.
Qeyd olunmjşdu ki, növbəti addımlardan biri üçtərəfli görüş formatına qayıtmaq ola bilər. Yeri gəlmişkən, bu gün ABŞ və Rusiya liderləri arasında da telefon danışığı olub. Eyni zamanda prezident Zelenski Ağ Ev sahibi ilə görüşmək istəyini açıqlayıb. Bir tərəfdə qarşılıqlı zərbələr, digər tərəfdə danışıqlarla bağlı mövqelər. Nə baş verir?
Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında ABŞ liderinin təmsilçilərinin son səfərlərindən bəhs etdi: “Bu danışıqlardan real nəticə gözləmək əbəsdir. Kuşner və Uitkov səfərlərindən sonra belə bir açıqlama vermişdilər ki, hər iki tərəf gərək güzəştə getsin. Ukraynanın güzəşti bəllidir. Ukrayna uzun müddətli atəşkəsə razıdır, hətta ərazi itkiləri hesabına olsa belə. Amma Rusiyanın güzəştinin nədən ibarət olduğu bilinmir. Çünki Rusiya rəsmiləri yenə də eyni fikri təkrarlayırlar ki, Ukrayna Donbası onlara təslim etməlidir, bu da heç bir halda mümkün deyil”.
E.Şahinoğlu qeyd etdi ki, belə şəraitdə nə uzunmüddətli atəşkəs mümkündür, nə də danışıqlardan real nəticə əldə etmək: “Ona görə elə Kuşnerlə Uitkov gedəndən sonra atəşkəs yenidən pozuldu və iki ölkə bir-birlərinə raket və dron zərbələri endirməkdə davam edirlər. Amma yenə də üçtərəfli görüş istisna edilmir”. Politoloq hesab edir ki, görüş mümkün olsa da, nəticə əldə olunması çətin görünür: “Əgər Rusiya bu görüşdə tələbindən vaz keçməzsə, nəticə əldə edilməsi mümkün deyil”.
E.Paşasoy,
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ