Onlayn ictimai-siyasi qəzet
“Ana Ermənistan" partiyasının sədri Andranik Tevanyanın həbs müddəti daha üç ay uzadılıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, partiyanın rəhbərliyində təmsil olhnan Areqnaz Manukyanın həbs müddəti isə bir ay artırılıb. Bu barədə vəkil Tatevik Soqoyan yerli mətbuata məlumat verib.
Tevanyan və Manukyanla bağlı iş üzrə ilkin məhkəmə dinləmələri bu gün başlayıb. İclas qapalı rejimdə keçirilib.
Qeyd edək ki, irəli sürülən ittihamlara əsasən, 2024-cü ildə Tevanyan Milli Assambleyanın qapalı iclasında əldə olunan məxfi məlumatları deputat Areqnaz Manukyan vasitəsilə Rusiyadakı bir mərkəzə ötürüb.
İş üzrə əvvəlcə irəli sürülmüş casusluq və xarici kəşfiyyat orqanı tərəfindən cəlbetmə ittihamları sonradan ləğv edilib və ya dövlət sirrini açıqlama ittihamı ilə əvəzlənib; müdafiə tərəfi isə bu ittihamı əsassız hesab edir.
Musavat.com
09 Sentyabr 2026
01:56 Dilimizi mükəmməl bilən erməni ekspertdən İrəvana SOS çağırışı – “Qərbi Azərbaycan”lılar gəlir
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ