İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhbusların davasına yeni robot müdaxiləsi - 5 metrdən belə edəcək - VİDEO

Sinqapurda məhbuslar arasında davaların qarşısını almaq üçün PROTECT (Prisons Robot To Eradicate Conflicts and Threats) adlı xüsusi robot hazırlanıb.

Musavat.com xəbər verir ki, robot 5 metr məsafəyə təsir göstərə bilən bibər qazı balonu, zirehli korpus, 360 dərəcə görüntü verən kameralar və insanları tanımaq, maneələrdən yayınmaq üçün süni intellekt sistemi ilə təchiz edilib.

PROTECT əvvəlcə məhbuslara xəbərdarlıq edəcək. Xəbərdarlığa məhəl qoyulmadığı halda robot əməkdaşlar hadisə yerinə çatana qədər 20 saniyə ərzində bibər qazından istifadə edə biləcək. Eyni zamanda hadisənin görüntüləri real vaxt rejimində idarəetmə mərkəzinə ötürüləcək.

Robotun sınaqları 2026-cı ilin oktyabrından 2027-ci ilin yanvarınadək Sinqapurun üç həbsxana müəssisəsində keçiriləcək. Hazırkı mərhələdə PROTECT insidentləri müstəqil şəkildə aşkar edə bilmir və operator tərəfindən videobağlantı vasitəsilə uzaqdan idarə olunur. Robot zədələnərsə, sistem dərhal həbsxana əməkdaşlarına xəbərdarlıq göndərəcək.

Sınaqlar zamanı robot həbsxana həyətlərində günün müxtəlif saatlarında patrul xidməti həyata keçirəcək, əməkdaşlar isə baş verə biləcək münaqişələrə müdaxilə edə biləcəklər.

Belə bir sistemin hazırlanması Sinqapur həbsxanalarında hücum hallarının artması ilə əlaqələndirilir. Bildirilir ki, zorakılıq hallarının artmasında əsasən həbsxana şəraitinə daha çətin uyğunlaşan və münaqişələrə daha çox meyil göstərən gənc məhbusların payı var.

Sinqapur həbsxanalarında zorakılığın qarşısının alınması proqramları və davaları müəyyənləşdirən videoanalitika sistemləri də tətbiq olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR