İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistanda yeni “kəşfiyyat nöqtələri” qurur - İki şəhər seçildi

Rusiya Ermənistanda “Rus evi” mərkəzlərinin sayını artırmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “Rossotrudniçestvo”nun rəhbəri İqor Çayka məlumat verib.

Onun sözlərinə görə, Ermənistanda iki yeni nümayəndəlik Artaşat və Aştarak şəhərlərində fəaliyyətə başlayacaq.

Bundan başqa, yeni “Rus evləri” Keniya, Konqo Demokratik Respublikası, Madaqaskar, Mali, San-Tome və Prinsipi, Seneqal, Sierra-Leone, Tailand və Toqoda da açılacaq.

Çayka bildirib ki, 2027-ci ildən xaricdə yaşayan həmvətənlərin, eləcə də Rusiyanın dəyərlərini bölüşən əcnəbilərin dəstəklənməsi üçün yeni mexanizm işə salınacaq.

“Uğurlu fəaliyyət göstərən ‘Rus evləri’ formatı ilə yanaşı, 2027-ci ildən mədəni, təhsil və digər layihələr üçün mikroqrantlar institutunu işə salırıq. Bu qrantları fərdi şəxslər, qruplar və bütöv təşkilatlar ala biləcəklər”, – deyə İqor Çayka bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR