İnsanlara hürriyət, millətlərə istiqlal!

Mertsin partiyasının üzvü kanslerin istefasını tələb edir

Saksoniya-Anhalt əyalətindəki seçkilərin nəticələri göstərir ki, Almaniya kansleri Fridrix Merts bu vəzifəyə yararsızdır və istefa verməlidir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu alman siyasətçisi, Xristian Demokrat Birliyinin (CDU) üzvü və Şimal-Qərb Meklenburq dairəsinin rəhbəri Tino Şomann mətbuata verdiyi müsahibədə bildirib.

O, Mertsin XDU-nun Saksoniya-Anhalt seçkilərindəki uğursuzluğuna görə məsuliyyət daşıdığını, partiyanın kampaniyasına lazımi təkan vermədiyini və vədlərini pozduğunu düşünür.

"Bizə empatiya aşılayan, özünəinam oyadan və etibarlı bir insan lazımdır. O, buna qadir olmadığını göstərdi. Mənim fikrimcə, o, bu vəzifəyə yararsızdır və ölkənin problemlərini həll etməyə qadir deyil", - deyə siyasətçi vurğulayıb.

Daha əvvəl Almaniyanın keçmiş kansleri Angela Merkel Saksoniya-Anhalt seçkilərinin nəticələrindən "şoka düşdüyünü" və onları Almaniya tarixində "dönüş nöqtəsi" hesab etdiyini bildirmişdi. O, "XDU üzvü olaraq ürəyim qanadı" deyib.

6 sentyabrda Saksoniya-Anhalt əyalət parlament seçkilərində sağçı populist Almaniya üçün Alternativ (AfD) partiyası səslərin 43,8 faizini qazanıb. Bu, Mertsin partiyasının qazandığı səsdən (17,2 faiz) iki dəfə çoxdur.

Onu da qeyd edək ki, son illərdə AiD seçkilərdə qazandığı səsləri artıra-artıra gedir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR