İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyda taxılan qızıllar başına BƏLA OLDU - Bəy HƏBS EDİLDİ

Sosial şəbəkələrdə “Vanlı Qara Heydər” kimi tanınan Mehmet Fatih Tançalan barəsində hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı istintaq başladılıb.

Musavat.com xəbər verir ki, sosial media fenomeni Çağla Öz ilə dəbdəbəli toy edən və gəlini başdan-ayağa külli miqdarda qızılla bəzəməsilə gündəmə gələn Tançalan saxlanılaraq həbs olunub.

Ötən həftə baş tutan səs-küylü mərasimdən dərhal sonra Van Vilayət Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin əməkdaşları əməliyyat keçirib. Tançalan Muradiye rayonundakı yaşayış evində ələ keçirilib.

Polis Tançalanın sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan dəbdəbəli kadrlarını, eləcə də toyda gəlinə taxılan yüksək dəyərli qızıl-ziynət əşyalarının mənbəyini araşdırmaq üçün maliyyə yoxlamalarına başlayıb.

Məlum olub ki, həbs edilən şəxsin əvvəllər törətdiyi müxtəlif əməllərə görə 25 cinayət qeydi var. 

Musavat.com

Attachment

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR