Onlayn ictimai-siyasi qəzet
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Bəhreyn limanlarındakı bütün neft tankerlərinə xəbərdarlıq edərək təxliyə üçün vaxt verib.
Musavat.com xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.
SEPAH-ın rəsmi bəyanatında bildirilir ki, bu addım ABŞ ordusunun Fars körfəzində İran tankerlərinə etdiyi hücumlara cavab xarakteri daşıyır.
"ABŞ ordusunun bir neçə İran tankerini hədəf alan təcavüzü ilə əlaqədar olaraq, bu terrorçuları qəbul edən və onların vəhşiliklərinə ortaq olan Küveyt və Bəhreyn limanları ərazisindəki bütün tankerlərin heyətlərinə xəbərdarlıq edirik: hücuma məruz qalacaqları üçün gəmilərinizi həm lövbərdə, həm də körpülərdə dərhal tərk edin", - xəbərdarlıqda deyilir.
SEPAH-ın bu ultimatumu Fars körfəzindən həyata keçirilən dünya neft daşınmasını tamamilə iflic etmək təhlükəsi yaradır.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ