İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Bəhreyn və İordaniyaya 40 ballistik raket ATDI

İranın ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına qarşı başladığı kütləvi raket hücumu şiddətlənməkdə davam edir.

Musavat.com xəbər verir ki, SEPAH-a yaxın mənbələr və ərəb mediası hücumun miqyası ilə bağlı yeni detallar paylaşıb.

Məlumata görə, bu hücum aprel ayından və atəşkəs elan olunandan bəri İran tərəfindən həyata keçirilən ən böyük raket əməliyyatıdır.

SEPAH-ın hərbi resurslarının yaydığı xəbərə görə, ABŞ və İordaniya hava hücumundan müdafiə sistemləri İran raketlərini dəf etmək üçün 70-ə yaxın "Patriot" zenit-raketi buraxıb.

SEPAH-ın iddiasına görə, bu qədər intensiv müdafiə atəşinə baxmayaraq, ayrılan döyüş başlıqlı İran raketlərinin böyük bir hissəsi HHM sistemlərini yararaq İordaniyadakı ABŞ hərbi hava bazasına zərbələr endirməyi bacarıb.

Ərəb mənbələri və İsrailin "Channel 13" televiziyası İranın eyni anda 40-dan çox kasset və ayrılan döyüş başlığına malik ballistik raket buraxdığını təsdiqləyib. Məlumatlarda vurğulanır ki, bu raket dalğası son aylarda baş verən ən böyük hücum kimi qeydə alınıb.

Gərginlik təkcə İordaniya ilə məhdudlaşmayıb. Ərəb mənbələrinin verdiyi son dəqiqə məlumatına görə, Bəhreyndə də güclü partlayış səsləri eşidilib. Bölgədəki ABŞ hərbi dəniz bazalarının və obyektlərinin həyəcan vəziyyətinə gətirildiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR