Onlayn ictimai-siyasi qəzet
ABŞ-də İranla hərbi qarşıdurma zamanı həlak olan hərbçilərin ailələrinə nəzərdə tutulan bəzi ödənişlərin verilməsi ilə bağlı problem yaranıb.
Musavat.com xəbər verir ki, Pentaqon buna səbəb kimi ABŞ ilə İran arasındakı qarşıdurmanın rəsmi olaraq müharibə hesab edilməməsini göstərir.
Məsələ İraqda İrana qarşı əməliyyatları dəstəkləyən KC-135 yanacaqdoldurma təyyarəsinin qəzaya uğraması nəticəsində altı hərbçinin həlak olmasından sonra gündəmə gəlib. Həlak olanlardan biri ABŞ Hərbi Hava Qüvvələrinin mayoru Aleks Klinner olub.
Klinnerin həyat yoldaşı Libbi Klinner bildirib ki, əvvəlcə ona ərinin ölümü ilə əlaqədar bəzi döyüş ödənişləri və vergi güzəştlərinin tətbiq edilməyəcəyi bildirilib. Səbəb kimi İranla qarşıdurmanın rəsmi şəkildə müharibə sayılmaması göstərilib.
Məsələ ictimailəşdikdən sonra ABŞ Hərbi Hava Qüvvələri Klinnerin işinə yenidən baxıldığını və ailənin uyğun ödənişləri aldığını açıqlayıb. Həmçinin ilkin məlumatlandırmada səhvə yol verildiyi bildirilib.
ABŞ vitse-prezidenti JD Vens də İranla davam edən hərbi qarşıdurmanı müharibə adlandırmadığını bildirib. O, Vaşinqtonun İranla müharibə aparması fikrini qəbul etmədiyini deyib.
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ