Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Simarə İmanova nəvəsi Hüseynəli ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, müğənni sosial media hesabında nəvəsi ilə çəkdirdiyi fotosunu yayımlayıb.
Səmimi görüntünü izləyiciləri ilə bölüşən sənətçi hazırda Gədəbəydə istirahət etdiyini bildirib.
Simarə İmanovanın paylaşımında nəvəsi Hüseynəli ilə birlikdə keçirdiyi xoş anlar əks olunub. Sənətçinin bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Hüseynəli Simarə İmanovanın oğlu Məhəmmədin övladıdır. Xalq artisti zaman-zaman ailəsi, xüsusilə də nəvəsi ilə bağlı görüntüləri sosial media hesabında paylaşaraq izləyicilərinə təqdim edib.
Könül
Musavat.com

04 Sentyabr 2026
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ