İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna rusları bu avtomobillərə “keçirdi” - Satışlar 132 faiz artdı

Bu yay Rusiyada benzinlə bağlı yaşanan problemlər onsuz da artmaqda olan hibrid avtomobillərə marağı daha da gücləndirib.

Musavat.com xəbər verir ki, xüsusilə elektrik şəbəkəsindən enerji yığa bilən PHEV (Plug-in Hybrid Electric Vehicle) tipli avtomobillərə tələbat kəskin artıb.

2026-cı ilin ilk yarısında Rusiya avtomobil bazarında 30,73 min belə hibrid avtomobil satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 132 faiz çoxdur.

PHEV avtomobilləri həm ənənəvi yanacaqla işləyir, həm də elektrik şəbəkəsindən enerji yığa bilir. Rusiyada belə avtomobillərin orta qiyməti hazırda 3–6 milyon rubl arasında dəyişir.

Mütəxəssislər isə avtomobil seçərkən reklamda göstərilən maksimum yürüş məsafəsindən daha çox rəsmi zəmanətə, ehtiyat hissələrinin əlçatanlığına və yüksək gərginlikli sistemlər üzrə ixtisaslaşmış mütəxəssislərin mövcudluğuna diqqət yetirməyi məsləhət görürlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR