Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda müxtəlif cinayətlərə görə barəsində 31 il 4 ay 15 gün müddətinə həbs cəzası verilən məhkum polis əməliyyatı zamanı qabyuyan maşınının içində gizlənmiş vəziyyətdə yaxalanıb.
Musavat.com xəbər verir ki, bu barədə GZT məlumat yayıb.
Məlumatda bildirilir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı A.S. adlı məhkumun gizləndiyi yer müəyyən edilib. O, qabyuyan maşınının içindən çıxarılaraq saxlanılıb.
A.S. polis idarəsindəki prosedurlar başa çatdıqdan sonra elə həmin gün məhkəməyə sövq edilib. Məhkəmə orqanlarının qərarı ilə o, həbs olunub.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ