İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahalı kirayələrə qarşı dövlət özü xalqa ev kirayə verəcək - Ərdoğandan mühüm addım

Türkiyədə sürətlə bahalaşan mənzil kirayələrinə qarşı yeni dövlət layihəsi həyata keçirilir.

Musavat.com xəbər verir ki, ilk kirayə mənzillərin İstanbul sakinlərinə təqdim olunacağı açıqlanıb.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum kirayə mənzillərlə bağlı son şərtlərin bu həftə Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcəyini bildirib.

Nazirin sözlərinə görə, layihə çərçivəsində nəzərdə tutulan ilk mənzillər artıq tikilib başa çatdırılıb və onların İstanbulda vətəndaşlara təqdim edilməsinə başlanacaq.

“Evlərimizi tikdik, başa çatdırdıq. İlk mənzillərimizi İstanbulda vətəndaşlarımıza təqdim edəcəyik. Hansı şərtlər daxilində müraciət edilə biləcəyini isə gələn həftə cənab Prezident xalqımıza elan edəcək”, – deyə Murat Kurum bildirib.

Söhbət dövlətin sosial kirayə mənzil modelindən gedir. Yeni sistemin əsas məqsədlərindən biri kirayə bazarında qiymət artımının qarşısını almaq və xüsusilə mənzil almaq imkanı olmayan vətəndaşların daha münasib şərtlərlə ev kirayələməsinə imkan yaratmaqdır.

Kimlərin bu mənzillər üçün müraciət edə biləcəyi, kirayə haqqı və digər əsas şərtlərin gələn həftə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanacağı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR