İnsanlara hürriyət, millətlərə istiqlal!

Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı

Braziliya milli komandası tarixində ən yaxşı bombardir, "Santos"un hücumçusu Neymar "Palmeyras"la oyunda sağ budundan zədə alıb.

Bu barədə Braziliya klubunun mətbuat xidməti "X" hesabında məlumat verib.

Braziliya Kubokunun dörddəbir finalının cavab oyunu (0-0) sentyabrın 3-də baş tutub. 34 yaşlı Neymar fasilədə əvəzlənib.

Belə zədələnmə zamanı bərpaolunma müddəti dörd həftədən səkkiz həftəyə qədər təşkil edir.

Bu mövsüm Neymar "Santos"da bütün turnirlərdə 24 oyun keçirib, səkkiz qol vurub və səkkiz məhsuldar ötürmə edib. (Oxu.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR