İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə tanınmış müğənni SAXLANILDI - GÖRÜN NƏDƏ İTTİHAM OLUNUR

Türkiyədə 5 əyalətdə keçirilən polis əməliyyatı zamanı tanınmış müğənni Tuğba Ekinci də daxil olmaqla 5 nəfər saxlanılıb.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, Kızılcahamam Respublika Baş Prokurorluğunun tapşırığı ilə həyata keçirilən əməliyyat zamanı Tuğba Ekinci, Ahmet Yılmaz, Ozan Rüzgar Dikici, Beren Akın və Çağlayan Yıldırım gözaltına alınıblar.

Axtarışda olan digər şübhəli Pınar Gülserin yaxalanması istiqamətində tədbirlər davam edir. Dəstənin daha bir üzvü Muhammet Ekicinin isə artıq cəzaçəkmə müəssisəsində olduğu müəyyən edilib.

Nədə ittiham olunurlar?

Aparılan araşdırmalar zamanı şübhəlilərin sosial media hesablarında qeyri-etik paylaşımlar etdikləri, müxtəlif platformalarda xüsusi hesablar açaraq ödənişli üzvlük sistemi vasitəsilə pornoqrafik və nalayıq görüntülər yaydıqları üzə çıxıb.

Şübhəlilərin Ankara Əmniyyət Müdirliyindəki prosedurları tamamlandıqdan sonra məhkəməyə çıxarılmaq üçün Kızılcahamam Respublika Baş Prokurorluğuna təhvil veriləcəkləri bildirilir.

İqbal RZAYEV,
Musavat.com

Tuğba Ekinci haqqında istintaq başladı

Tuğba Ekinci’nin de aralarında bulunduğu 5 kişiye gözaltı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR