Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp sentyabrın 7-də Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışıqları aparacaq.
Musavat.com xəbər verir ki, bu barədə "The Kyiv Independent" nəşri amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Zənglər ABŞ xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərləri başa çatdıqdan sonra baş tutacaq.
Telefon danışıqlarından əvvəl Tramp Uitkoff və Kuşnerin son danışıqların nəticələrinə dair məruzələrini dinləyəcək.
Nəşrin məlumatına görə, ABŞ lideri bu cür təmas qaydasından ilk dəfə istifadə etmir. Əvvəllər də Tramp nümayəndələrinin Putinlə görüşlərindən sonra Moskva ilə əlaqə saxlamış, Rusiya tərəfi ilə isə ABŞ nümayəndə heyətinin Ukrayna tərəfi ilə danışıqlarından həm əvvəl, həm də sonra danışmışdı.
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ