İnsanlara hürriyət, millətlərə istiqlal!

"Deyirlər ki, TikTok-da oturub pul yığır"

Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə canlı yayım açmasını tənqid edənlərə cavab verib.

Aktrisa TikTok-da açdığı canlı yayım zamanı izləyiciləri ilə söhbət etdiyini bildirib.

O, canlı yayımlara pul qazanmaq məqsədilə girdiyi ilə bağlı fikirlərin doğru olmadığını vurğulayıb:

"Elə düşünürlər ki, TikTok-da canlıya pul yığmaq üçün girirəm. Yox, mən izləyicilərimlə söhbət etmək üçün bura girirəm. Hədiyyə atanlara da təşəkkür edirəm".

M.Xanlarova hazırda işsiz olduğunu, heç bir yerdə çalışmadığını deyib:

"Pensiya yaşım da deyil, 59 yaşım var. Mən heç vaxt nəyisə gizlətməmişəm. Deyirlər, oturub dilənir. Niyə? Mağazada belə işləməyə eyib kimi baxmıram. Ya iş tapmalıyam, ya da... Nə vaxta kimi dost-tanış mənə yardım edəcək?" (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR