İnsanlara hürriyət, millətlərə istiqlal!

Folklenddə neft tapılıb – Argentina adaları Londondan geri istəyir

Argentina prezidenti Xavyer Miley Folklend adalarını (Argentinada Malvin adaları kimi tanınır) öz ölkəsinin mülkü elan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Argentina ABŞ-nin dəstəyinə ümid edir. Donald Tramp İrana qarşı müharibədə kifayət qədər kömək etmədiyinə görə Britaniyanın "cəzalandırmağın" yollarını axtarır. Ona görə də hesab olunur ki, o, Folklend adaları məsələsində Britaniyaya qarşı çıxa bilər.

Miley Folklend adalarının 1833-cü ilə qədər Argentinaya məxsus olduğunu xatırladıb və onların geri qaytarılmasını tələb edib. O, Britaniya və İsrail şirkətlərinin adalardan təxminən 220 km məsafədə kontinental şelfdə neft hasilatına başlamaq planları ilə arxipelaqa iddia etməyə vadar olub. Onların "Dəniz aslanı" adlanan birgə layihəsi həyata keçirilməsinə 2028-ci ildə başlanacaq.

Miley, prezidentliyinin ilk günlərindən bəri adaların qaytarılması ilə bağlı qeyri-müəyyən işarələr edir, lakin bu, yalnız sülh yolu ilə baş verməlidir.

London və Buenos-Ayres arasındakı köhnə mübahisə 1982-ci ildə Argentinaya baha başa gəlib. O dövrdə ölkəni idarə edən hərbi qüvvələr Britaniyanın xarici ərazisi olan arxipelaqı işğal etmək üçün qoşun göndərib. Buna cavab olaraq, Britaniyanın baş naziri Marqaret Tetçer adalara dəniz və hava qüvvələri yerdiib.

Argentinalı yazıçı Xorxe Luis Borxes bunu "iki keçəl kişi arasında daraq davası" kimi təsvir edərək, adaların heç bir ölkə üçün iqtisadi faydası olmadığını iddia edib. O dövrdə Folklend adalarında neftin olduğu məlum deyildi. Britaniya Vaşinqtonun gizli dəstəyindən istifadə etdiyi üçün həmin müharibədə tam üstünlük qazanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR