Onlayn ictimai-siyasi qəzet
Qüdsdə ravvin Yazdi ona mənəvi rəhbər kimi etibar edən qadınlara qarşı cinsi cinayətlər törətməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com xəbər verir ki, Yazdi xeyriyyə yeməkxanasına rəhbərlik edib, ehtiyacı olanlara "yardım" göstərib və Tövrat dərsləri keçib. O, ardıcıllarına özünü yəhudi ənənəsində bəhs edilən “36 gizli saleh insan”dan biri kimi təqdim edib və onda “müqəddəslik ruhu”nun olduğunu söyləyib.
Məhkəmənin məlumatına görə, ravvin dini və mənəvi nüfuzundan istifadə edərək qadınları cinsi münasibətlərin və digər intim hərəkətlərin onların “mənəvi cəhətdən düzəlməsi” üçün zəruri olduğuna inandırıb. O, bu hərəkətlərin Tövrata uyğun olduğunu və ya “müqəddəslik ruhu”nun göstərişi ilə həyata keçirildiyini bildirib.
Nəticədə Yazdi aldatma yolu ilə çoxsaylı zorlama, seksual xarakterli hərəkətlər və zorlama xarakterli əməllərə sövq etmə epizodlarında təqsirli bilinib.
Bundan başqa, məhkəmə onu çirkli pulların yuyulması, kreditorlara qarşı dələduzluq və maliyyə hesabatlarının təqdim edilməsinə mane olmaq kimi iqtisadi cinayətlərdə də təqsirli bilib.
Məhkəmənin yekun qərarı ilə ravvin Yazdi 18 il həbs cəzasına məhkum edilib.
Musavat.com
08 Sentyabr 2026
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ