İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbirqazanlar arasında beynəlxalq çempionat – qalibi bu üsulla müəyyən edildi - VİDEO

Macarıstanda qeyri-adi beynəlxalq qəbirqazma çempionatı keçirilib.

Musavat.com xəbər verir ki, yarış Nyerşuyfalu şəhərində təşkil olunub. Müxtəlif komandaları təmsil edən qəbirqazanlar qəbirləri əl ilə qazaraq həm sürət, həm də işin keyfiyyəti üzrə yarışıblar.

İştirakçıların işi başa çatdıqdan sonra hakimlər qəbirlərin ölçülərini ölçü lenti ilə yoxlayıb və nəticələri qiymətləndiriblər.

Çempionatın qalibi Haydubösörmen şəhərini təmsil edən komanda olub. Qaliblərdən Laslo Kiş bildirib ki, yarışa xüsusi hazırlaşmırlar. Onun sözlərinə görə, qəbir qazmaq onların gündəlik işidir və hər gün qəbiristanlıqda çalışırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR