Onlayn ictimai-siyasi qəzet
Finlandiya Rusiya ilə şərq sərhədi boyunca inşa etdiyi 200 kilometrlik sərhəd səddinin tikintisini başa çatdırıb.
Musavat.com xəbər verir ki, tikinti nəzərdə tutulan vaxtdan əvvəl tamamlanıb. İşlər üç ildən bir qədər çox davam edib və layihəyə təxminən 380 milyon avro xərclənib.
Sədd Finlandiyanın Rusiya ilə sərhədinin ayrı-ayrı hissələri boyunca ümumilikdə 200 kilometr məsafəni əhatə edir.
Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib ki, gələcəkdə səddin daha da uzadılması mümkündür.
Nazirin sözlərinə görə, belə bir səddin tikilməsi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Avropada təhlükəsizlik vəziyyətinin dəyişməsi, eləcə də Rusiyanın hibrid əməliyyatları ilə əlaqədar zərurətə çevrilib.
Finlandiya ilə Rusiya arasındakı quru sərhəd-keçid məntəqələri isə 2023-cü ilin sonlarından bağlıdır.
Musavat.com
08 Sentyabr 2026
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ