İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də əsgər çatışmazlığı kritik həddə – Hərbçilərə “uzunmüddətli evlə vidalaşın” xəbərdarlığı gəldi

ABŞ Hərbi Dəniz Qüvvələri dənizçilərə və onların ailələrinə evdən daha uzun müddət uzaqda qalmağa hazırlaşmaq barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi admiral Deril Kodl ötən bazar ertəsi Merilend ştatının Fort-Mid bazasından canlı yayım zamanı dənizçilərin suallarını cavablandırarkən bunu bildirib.

Müzakirə zamanı dəniz səfərlərinin müddəti, sahildə xidmət edən şəxsi heyətin yaşayış şəraiti, eləcə də Pentaqonun hərbçilərin xarici görünüşünə dair tələbləri sərtləşdirməsi kimi məsələlərə toxunulub.

Admiral bildirib ki, donanmanın və şəxsi heyətin sayı tələb olunan səviyyəyə çatdırılana qədər dənizçilərin daha uzunmüddətli səfərlərə hazır olması lazım gələcək.

“Qısamüddətli perspektivdə – donanmanın sayını lazım olan səviyyəyə çatdıra bilənədək – bunu etiraf etmək mənim üçün xoş deyil, lakin daha uzunmüddətli səfərlər, görünür, bu prosesin bir hissəsinə çevriləcək”, – Kodl deyib.

Onun sözlərinə görə, dənizçilər ailələrindən nə qədər müddət uzaqda qalacaqlarını əvvəlcədən bildikdə şəxsi həyatlarını buna uyğun planlaşdıra bilirlər. Admiral toy, uşağın doğulması, ailə tədbirləri və məzuniyyət kimi mühüm hadisələri buna nümunə göstərib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndələri admiralın açıqlamasına əlavə şərh verməyiblər.

Açıqlama “Abraham Lincoln” aviadaşıyıcısında xidmət şəraiti və dənizçilərin psixoloji sağlamlığı ilə bağlı problemlər barədə məlumatların yayıldığı vaxta təsadüf edir. Aviadaşıyıcı ötən ilin noyabrında Kaliforniyanın San-Dieqo şəhərindən yola çıxıb, daha sonra ABŞ-nin İrana qarşı əməliyyatlarına dəstək məqsədilə onun səfər müddəti uzadılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR