Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kabardin-Balkar Respublikasında dəhşətli qar uçqunu baş verib. Hadisə nəticəsində 11 alpinist həlak olub, daha 6 nəfərin taleyi naməlum qalır.
Musavat.com xəbər verir ki, hadisə sentyabrın 6-da axşam saatlarında Bezenqi dərəsində, Mijirqi dağının yamacında baş verib. Qar uçqunu 33 nəfərlik alpinist qrupunu əhatə edib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qrupdakı 10 nəfər təhlükəli ərazidən öz gücü ilə enə bilib. Altı nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, 11 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb. Daha 6 alpinistin axtarışı aparılır.
Axtarış-xilasetmə əməliyyatını mürəkkəb dağ relyefi, əlverişsiz hava şəraiti və yeni uçqun təhlükəsi çətinləşdirir. Sentyabrın 7-də axşam saatlarında işlər müvəqqəti dayandırılıb. Hava imkan verərsə, sentyabrın 8-də əməliyyata Mi-8 helikopterinin cəlb olunması planlaşdırılır.
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ